www.DiniFetvalar.com
  Ana səhifə | Ən son fətvalar | Ən çox baxılan | Axtarış | Üzv ol | Çıxış

Axtarış


Alimlər

  • Şeyx Saleh Fəuzan ali Fouzan
  • Muhəmməd Nəsirəddin Əlbani
  • Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Əbduləziz ali Şeyx
  • Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti
  • Şeyxulislam ibn Teymiyyə
  • Muhəmməd ibn Salih əl-Üseymin
  • Rəbi ibn Hadi əl-Mədxəli
  • Muqbil ibn Hadi əl-Vədii
  • Mahmud Xəlil Harras
  • İbrahim ali Şeyx
  • Əbdürrəzzaq Əfifi
  • İbn Hümeyd
  • Muhəmməd Saleh əl-Münəccid
  • Abdullah ibn Əbdürrəhman ibn Cibrin
  • Übeyd əl-Cabir
  • Abdullah ibn Ğüdeyyan
  • Əhməd ibn Yəhya ən-Nəcmi
  • Əbdülmühsin ibn Həmmad əl-Abbad
  • İbn Həcər əl Əsqəlani
  • İbn Qüdamə əl Məqdisi
  • Cəmi fətva sayı
    1669 fətva

    Ən son fətva tarixi: 2010-06-03




    Fətvanın mətni

    Yezid ibn Müaviyəyə münasibətimiz necə olmalıdır?     


    Sual: Yezid ibn Müaviyə haqqında müsəlmanların xəlifəsi olduğunu və içki içən, sadist və həqiqi müsəlman olmadığını eşitmişəm. Bu həqiqətə uyğundur? Zəhmət olmasa, mənə onun əhvalatını yazın. Təşəkkür edirəm və Allah sizi xeyirlə mükafatlandırsın.

    Cavab: Allaha həmd olsun.

    Onun adı Yezid ibn Müaviyə ibn Əbi Süfyan ibn Harb ibn Ümeyyə əl-Uməvi əl-Diməşqidir.
    Əl-Zəhəbi demişdir: o, Konstantinopola qarşı hərbi əməliyyatlarda Əbu Əyyub əl-Ənsəri radiyallahu anhu kimi səhabə, müsəlmanların iştirak etdiyi orduya başçılıq etmişdir. Yezid atası tərəfindən onun varisi təyin edilmişdir və Rəcəb ayında atasının ölümündən sonra 33 yaşında Yezid hakimiyyətə gəlmişdir, lakin onun hökmranlığı 4 ildən çox sürməmişdir.
    Yezid bizim nə lənət etdiyimiz, nə də sevdiyimiz şəxslərdəndir. Həmçinin iki dövlətin (Əməvi-Abbasilər) xəlifələri və müxtəlif əyalətlərin başçıları arasında onun kimiləri var idi, əslində onların arasında Yeziddən də pis olanları var idi. Lakin Yezidlə bağlı məsələ budur ki, o hakimiyyətə peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından 49 il sonra gəlmişdir. Onun hökmranlıq dövrü hələ də peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) yaşadığı dövrə yaxın idi və həmin dövrdə səhabələrdən bəziləri hələ də yaşayırdı. Məsələn, İbn Ömər radiyallahu anhu. İbn Ömər xəlifə vəzifəsinə Yeziddən, onun atasından və ya babasından daha layiq idi.
    Onun hakimiyyəti Hüseyinin radiyallahu anhu şəhid olması ilə başlamışdır və Harra döyüşü ilə sona çatmışdır. İnsanlar ona nifrət edirdilər və o uzun ömür yaşamamışdır. Hüseyindən sonra ona qarşı bir çox üsyanlar olmuşdur. Məsələn, Mədinə əhli və İbn əl-Zübeyr Allah yolunda ona qarşı bir çox üsyanlar qaldırmışdır. (Siyar Ələm əl-Nubala, 4-cü hissə, səhifə 38).

    Şeyx ul-İslam ibn Teymiyyə insanların Yezidə münasibətini vəsf edərək deyir:

    Yezid ibn Müaviyə ibn Əbu Süfyana qarşı münasibətdə insanlar 3 dəstəyə bölünmüşdür, 2 radikal və bir orta.
    İki radikal dəstədən biri, peyğəmbəri (sallallahu aleyhi və səlləm) qəzəbləndirməklə ondan (sallallahu aleyhi və səlləm) intiqam almaq və bununla da Əli ibn Əbu Talib (r.a) və peyğəmbərin (sallallahu aleyhi və səlləm) digər səhabələri tərəfindən Bədr və başqa döyüşlərdə öldürülmüş babası Ütbənin, babasının qardaşı Şeybanın və dayısı əl-Vəlid ibn Ütbənin qisasını almaq və buna bənzər digər səbəblər üzündən peyğəmbərin (sallallahu aleyhi və səlləm) nəvəsini öldürməyə cəhd etdiyinə görə Yezidin kafir və münafiq olduğunu iddia edir. Bu cür rəydə olmaq Əbu Bəkri, Öməri və Osmanı asanlıqla kafir hesab edən Rafizilər üçün asandır. Ona görə də Yezidi kafir saymaq onlar üçün qat-qat asandır.

    İkinci radikal dəstə isə onun saleh insan və ədalətli rəhbər olduğunu deyirlər. Yezidin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yaşadığı dövrdə anadan olduğunu və peyğəmbərin sallallahu aleyhi və səlləm onu daşıdığını və onun üçün xeyir-dua etdiyini söyləyirlər. Onlardan bəziləri Yezidi Əbu Bəkrdən və Ömərdən üstün tutur və bəziləri hətta onu peyğəmbər hesab edirlər. Azca sağlam dərrakəyə malik olan və ilk müsəlmanların həyatı və yaşadıqları dövr barəsində məlumatı olan bir insan üçün hər iki düşüncənin açıq-aydın batil, yanlış olduğu aydındır. Bu rəy, düşüncə nə sünnəyə əməl edən alimlər və nə də ki, ağlı və həyat təcrübəsi olan ağıl sahibi insanlara şamil edilə bilməz.
    Üçüncü fikir isə budur ki, o müsəlmanların rəhbərlərindən biri olmuşdur.

    Yaxşı və pis əməlləri olmuşdur. O, Osmanın radiyallahu anhu xəlifəliyi dövründə dünyaya gəlmişdi. O, kafir deyildi, lakin Hüseyinin radiyallahu anhu öldürülməsi onun səbəbindən baş vermişdir və o Harra camaatına etdiyini etmişdir. O, nə səhabə olmuşdur, nə də ki, Allahın saleh dostlarından. Bu fikir həm ağıl və elm sahibi olan insanların bir çoxunun və Əhli Sünnə vəl-Camaatın rəyidir.
    Sonra onlar üç dəstəyə bölündülər: onlardan biri ona lənət oxuyur, o birisi onu sevir, digəri isə ona nə lənət oxuyur, nə də onu sevirdi. Bu haqda İmam Əhməd məlumat vermişdir və bu fikir onun tərəfdarları, müsəlmanlar arasında ədalətli düşünənlərin ifadəsidir. Salih ibn Əhməd deyib: Mən atama dedim ki, bəzi insanlar Yezidi sevdiklərini deyirlər. O, dedi: oğlum, “Allaha və Qiyamət günü nə” inanan kəs heç Yezidi sevərmi? Mən dedim: ata, nə üçün ona lənət oxumursan? O isə bildirdi: oğlum, sən heç nə vaxtsa atanın kiməsə lənət oxuduğunu görmüsənmi?

    Yezid haqqında soruşduqda Əbu Muhəmməd əl-Maqdisi deyərdi: məndə olan məlumatlara görə o nə lənət olunmalı, nə də sevilməlidir. Həmçinin babası Əbu Abdullah ibn Teymiyyədən də Yezid barəsində soruşulduğunu və onun da bu cür dediyi haqda eşitdiyini bildirir: biz onun yaxşı cəhətlərini inkar etmirik və ya onun haqqında mübaliğəyə yol vermirik. Ən ədalətli mövqe budur.



    Muhəmməd Saleh əl-Münəccid

    Yeni fetvalar
  • Şagirdləri vurmağın hökmü haqda  Muhəmməd Saleh əl-Münəccid
  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək  Muhəmməd ibn Salih əl-Üseymin
  • Qorunmaq üçün ayələrin asılmasının hökmü  Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Quranın xətmi münasibəti ilə yığıncaq edilməsi doğrudurmu?  Muhəmməd Saleh əl-Münəccid
  • Analar Gününü qeyd etmək islama ziddir   Muhəmməd ibn Salih əl-Üseymin
  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin   Muhəmməd Saleh əl-Münəccid
  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa   Muhəmməd ibn Salih əl-Üseymin
  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək   Muhəmməd ibn Salih əl-Üseymin
  • Bir ayə və bir hədis
  •   «Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır». ( ən-Nisa 59)

      Muslim, Ənəs bin Malik (r.a)-nun belə dediyini rəvayət edir: "Peyğəmbər (s.ə.s), Ubeyy (r.a)-a belə buyurdu: "Həqiqətən Allah, sənə oxumamı mənə əmr etdi" Ubeyy dedi ki : "Allahmı sənə mənim adımı verdi?" Rəsulallah (s.ə.s) "Allah mənə sənin adını verdi" deyincə, Ubeyy (r.a) ağlamağa başladı

  • Ən çox baxılan fətvalar
  • Şagirdləri vurmağın hökmü haqda (446)

  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək (442)

  • Analar Gününü qeyd etmək islama ziddir (442)

  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi? (441)

  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin (441)

  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi? (441)

  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa (443)

  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək (442)

  • Bidət edənlərə sədəqə vermək olar? (445)

  • Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz? (442)


  • www.DiniFetvalar.com 2008