Allahdan başqasına qurban kəsmək şirkdir 
Quran və Sünnədən gələn dəlillərdən məlumdur ki, övliyalara, cinlərə, bütlərə və Allahın başqa yaratdıqlarına yaxınlaşmaq Allaha şərik qoşmaqdır və cahiliyyə əməllərindəndir. Müşriklərin əməllərindəndir. Uca Allah belə buyurur: 'De: 'Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam' (Ənam surəsi, 162) Burada ərəb dilində keçən 'nusuk' sözü 'qurban kəsmək'-dir. Uca Allah burada Allahdan başqasına qurban kəsilmənin şirk olduğunu bəyan edir. Necə ki, Allahdan başqası üçün qılınan namaz da şirkdir .
Başqa bir ayədə Uca Allah belə buyurur: 'Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol ne'mət, yaxud Qur'an, peyğəmbərlik) bəxş etdik! Ona görə də (bu ne'mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!' (Kovsər surəsi, 2-3) Uca Allah bu surədə öz Peyğəmbərinə Rəbbi üçün namazı qılmağı, Alahdan başqasına səcdə edib Allahdan başqası üçün qurban kəsən şirk əhlinin əleyhinə olaraq Allaha qurban kəsməyini əmr etmişdir. Başqa bir ayədə Uca Allah belə buyurur: 'Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur' (İsra surəsi, 23) Başqa bir ayədə : 'Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər' (Beyyinə surəsi, 5) Bu mənada ayələr çoxdur. Qurban kəsmək də ibadət sayılır, buna görə də bu əməldə ixlasla sırf Allah üçün etmək lazımdır. Səhih Muslimdə gələn hədisə görə Möminlərin əmiri olan Əli ibn Əbu Talib (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) belə buyurdu : 'Allah, ondan başqasın üçün qurban kəsənə lənət etdi' (Səhih Muslim, 1218)
Ancaq insanların 'Allahdan filankəsin haqqına, filankəsə görə, Peyğəmbərinin haqqına görə istəyirəm' deməsi isə, cumhur elm əhlinə görə şirk yox bidətdir. Eyni zamanda şirkə aparan yollardan biridir. Çünki dua ibadətdir və onun bu formadakı keyfiyyəti Peyğəmbər (s.ə.s)-dən gəlməyib. Peyğəmbər (s.ə.s)-dən kiminsə xatirinə, kiməsə görə təvəssül etməsi dəlil olaraq gəlməyib. Müsəlman da, Allahın icazə vermədiyi şəkildə təvəssül etməsi doğru deyil. Uca Allah belə buyurur: 'Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır' (Şura surəsi, 21) Peyğəmbər (s.ə.s) buyurur ki : 'Kim bizim bu işimizdə (yəni dində) üzərində bizim əmrimiz olmayan yeni bir şey çıxarsa, o rəddir' Bu hədis səhihdir. İnsanla, Allahın qoyduğu şəriətlə gedib, insanların çıxardığı bidətlərdən çəkinməlidir. İcazə olan təvəssül isə, Allahın ism sifətləri ilə, tövhidi ilə, saleh əməllərlə, Allaha və Rəsuluna olan iman ilə və bunun kimi xeyir əməllərlə olan təvəssüldür
Muhəmməd ibn Salih əl-Üseymin
|