www.DiniFetvalar.com
  Ana səhifə | Ən son fətvalar | Ən çox baxılan | Axtarış | Üzv ol | Çıxış

Axtarış


Alimlər

  • Şeyx Saleh Fəuzan ali Fouzan
  • Muhəmməd Nəsirəddin Əlbani
  • Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Əbduləziz ali Şeyx
  • Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti
  • Şeyxulislam ibn Teymiyyə
  • Muhəmməd ibn Salih əl-Üseymin
  • Rəbi ibn Hadi əl-Mədxəli
  • Muqbil ibn Hadi əl-Vədii
  • Mahmud Xəlil Harras
  • İbrahim ali Şeyx
  • Əbdürrəzzaq Əfifi
  • İbn Hümeyd
  • Muhəmməd Saleh əl-Münəccid
  • Abdullah ibn Əbdürrəhman ibn Cibrin
  • Übeyd əl-Cabir
  • Abdullah ibn Ğüdeyyan
  • Əhməd ibn Yəhya ən-Nəcmi
  • Əbdülmühsin ibn Həmmad əl-Abbad
  • İbn Həcər əl Əsqəlani
  • İbn Qüdamə əl Məqdisi
  • Cəmi fətva sayı
    1669 fətva

    Ən son fətva tarixi: 2010-06-03




    Fətvanın mətni

    Camaat namazının hökmü nədir?     


    Alimlər ittifaq ediblər ki, camaat namazı itaətdir. Onun ən fəzilətlisidir, Allah onu Kitabında zikr etmişdir və onu hətta qorxu namazlarında da əmr etmişdir. Uca Allah belə buyurur: '(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!' (ən Nisa surəsi, 102)
    Peyğəmbər (s.ə.s)-in sünnəsində, namazın camaatla qılınmasına aid çoxlu sayda hədislər var. Onlara misal olaraq aşağıdakıları misal göstərə bilərik. Peyğəmbər (s.ə.s) belə buyurur : 'İstədim ki, insanlara namaz qılınması üçün iqamə vermələdini əmr edim, sonra bir insana insanlara namaz qıldırmasını əmr edim, sonra əllərində odunlar olan insanlarla camaat namazına gəlməyənlərin evinə gedib və evlərini yandırım' (Səhih Buxari, 644)
    Başqa bir hədisə Peyğəmbər (s.ə.s) belə buyurur : 'Azanı eşidib namaza gəlməyin üzrü olmasa namazı qəbul deyil' (Səhih Buxari, 1/111)
    Necə ki, Peyğəmbər (s.ə.s) onun yanına camaat namazına gəlməmək üçün izn almağa gələn kor kişidən 'Azanı eşidirsənmi?' - deyə soruşur. O da 'Bəli' - deyə cavab verir. Onda Peyğəmbər (s.ə.s) ona 'Onda cavab ver' deyir. (Səhih Muslim, 653) İbn Məsud (r.a) deyir: 'Camaat namazından ancaq nifaqı açıq aydın olan münafiqlər, xəstələr gəlmirdi' (Səhih Muslim, 654)
    Səhih baxışla baxıldıqda onun vacibliyi aşkardır. Ümmət vahid bir ümmətdir. Onun kamilliyi ancaq ibadətlərində camaat olmaqla olur. İbadətlərin ən kamili isə namazdır. Alimləri camaatla namazı, namazın səhihliyinə dəlalət edən şərtlərə aid olmasında ixtilaf ediblər. Camaatsız qılınan namaz səhihdirmi?
    Səhih budur ki, bu namazın vaciblərindəndir. Ancaq səhih olma şərtlərindən deyil. Ancaq onu şəri üzürsüz tərk edən günahkar olur. Namazın camaatsız qılınmasının səhihliyzz şərtindən olmamasına dəlil budur ki, onu Peyğəmbər (s.ə.s) tək qılınan namazdan fəzilətli edib.
    Camaat namazının tək namazdan fəzilətli olması onu göstərir ki, tək qılınan namazda fəzilət var. Bu da ancaq səhih olduqda olur.
    Hər halda, ağlı başında olan, həddi-büluğa çatmış kişi müsəlmana vacibdir ki, səfərdə və ya qeyri-səfər halında camaat namazında iştirak etsin.



    Muhəmməd ibn Salih əl-Üseymin

    Yeni fetvalar
  • Şagirdləri vurmağın hökmü haqda  Muhəmməd Saleh əl-Münəccid
  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək  Muhəmməd ibn Salih əl-Üseymin
  • Qorunmaq üçün ayələrin asılmasının hökmü  Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Quranın xətmi münasibəti ilə yığıncaq edilməsi doğrudurmu?  Muhəmməd Saleh əl-Münəccid
  • Analar Gününü qeyd etmək islama ziddir   Muhəmməd ibn Salih əl-Üseymin
  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin   Muhəmməd Saleh əl-Münəccid
  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa   Muhəmməd ibn Salih əl-Üseymin
  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək   Muhəmməd ibn Salih əl-Üseymin
  • Bir ayə və bir hədis
  •   «Mən həqiqətən Allaham. Məndən başqa heç bir ilah yoxdur». (Ta ha 14)

      Buxari, Əbu Hureyrə (r.a) vasitəsilə, Rəsulallah (s.ə.s)in belə buyurduğunu rəvayət edir: "Əgər ümmətimə əziyyət olmasaydı, hər namazdan əvvəl onlara misvak istifadə etməyi əmr edərdim"

  • Ən çox baxılan fətvalar
  • Şagirdləri vurmağın hökmü haqda (440)

  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək (439)

  • Analar Gününü qeyd etmək islama ziddir (439)

  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi? (439)

  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin (438)

  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi? (439)

  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa (438)

  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək (440)

  • Bidət edənlərə sədəqə vermək olar? (442)

  • Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz? (439)


  • www.DiniFetvalar.com 2008