www.DiniFetvalar.com
  Ana səhifə | Ən son fətvalar | Ən çox baxılan | Axtarış | Üzv ol | Çıxış

Axtarış


Alimlər

  • Şeyx Saleh Fəuzan ali Fouzan
  • Muhəmməd Nəsirəddin Əlbani
  • Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Əbduləziz ali Şeyx
  • Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti
  • Şeyxulislam ibn Teymiyyə
  • Muhəmməd ibn Salih əl-Üseymin
  • Rəbi ibn Hadi əl-Mədxəli
  • Muqbil ibn Hadi əl-Vədii
  • Mahmud Xəlil Harras
  • İbrahim ali Şeyx
  • Əbdürrəzzaq Əfifi
  • İbn Hümeyd
  • Muhəmməd Saleh əl-Münəccid
  • Abdullah ibn Əbdürrəhman ibn Cibrin
  • Übeyd əl-Cabir
  • Abdullah ibn Ğüdeyyan
  • Əhməd ibn Yəhya ən-Nəcmi
  • Əbdülmühsin ibn Həmmad əl-Abbad
  • İbn Həcər əl Əsqəlani
  • İbn Qüdamə əl Məqdisi
  • Cəmi fətva sayı
    1669 fətva

    Ən son fətva tarixi: 2010-06-03




    Fətvanın mətni

    Qadın: İkinci zövcə alsan məni boşayarsan     


    452 Sual: Zövcəmlə mənim ikinci dəfə evlənmək məsələsini müzakirə etmişik. O deyir ki, mən ikinci dəfə evlənsəm o məndən boşanma tələb edəcəkdir. Biz islami qaydalara görə evlənmişik və həmin nikah müqaviləsində (kəbində) mənə ikinci dəfə evlənməyi qadağan edən heç bir razılıq yoxdur. Ona görə də, sualım budur ki, zövcəmin məni bu haqqdan məhrum etmək haqqı varmı? Həmçinin, o Allah təalanın halal etdiyi bir şeyi mənə haram etmirmi? Zövcəm əxlaqlı bir müsəlmandır və dəlillərlə cavab verilən suala hörmətlə yanaşacaqdır. Allah sizi xeyirlə mükafatlandırsın.

    Cavab: Həmd Allaha məxsusdur.

    Kişinin ikinci dəfə evlənməyə fiziki və maddi cəhətdən imkanı çatırsa və hər iki zövcəsinə ədalətlə davranmağı bacaraqsa və ikinci dəfə evlənmək istəyirsə islam dininə görə bu cür etmək icazəlidir. Allah təala buyurur: “...ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin...”. (ən-Nisa 4:3)

    Peyğəmbər sallallahu aleyhi və səlləm və onun səhabələri bu cür etmişdirlər. Lakin peyğəmbərdən başqa heç kəsə dörd zövcədən çox evlənmək haqqı verilməmişdir.

    Hər kəsə məlumdur ki, qadınlar təbiətləri etibarilə qısqancdırlar və öz ərlərini başqa qadınlar ilə paylaşmaq niyyətləri yoxdur, istəmirlər. Bu
    cür qısqanclığa görə qadınları qınamaq, ittiham etmək lazım deyil, çünki bu cür hissiyyat saleh qadınların ən xeyirlilərində, səhabə qadınlarda və hətta möminlərin analarında (peyğəmbərin sallallahu aleyhi və səlləm zövcələrində) belə olmuşdur. Bununla belə, qadınlar çalışmalıdırlar ki, onların bu qısqanclıq hissi Allah təalanın şəriətdə icazə verdiyi bir şeyə etiraz etməyə gətirib çıxarmasın və onlar ikinci dəfə evlənməyin qarşısını almağa cəhd etməməlidirlər; qadın ərinə başqa bir qadınla evlənməyə icazə verməlidir, çünki bu cür əməl yaxşı işlərdə və təqvada yarışmaqdır.

    Səhih olduğunda ittifaq olunan bir hədisdə peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kim qardaşının ehtiyaclarının qayğısına qalarsa, Allah təala da onun ehtiyaclarının qayğısına qalar”.

    Başqa bir qadınla evlənmək üçün birinci zövcənin razılığı şərt deyil.

    Fətvalar üzrə Daimi Heyətdən bu mövzuda soruşmuşdurlar və onların cavabı aşağıdakı kimi olmuşdur:
    “Kişi ikinci dəfə evlənmək istəyirsə birinci zövcənin razılığını almaq ona fərz deyil, lakin bu cür vəziyyətlərdə qadının təbii olaraq hiss etdiyi incikliyin dərəcəsini azaldacaq tərzdə məsələni həll etmək qadına qarşı gözəl əxlaq və iltifatdır. Bu da qadına qarşı yumşaq olmaq və yumşaq, gözəl şəkildə onunla danışmaq və vəziyyət ilə əlaqədar onun qəbulunu qazanmaq üçün zəruri sayılan bütün pulları xərcləməklə olur.

    Əri ikinci dəfə evlənərsə qadının boşanma tələb etməsi xətadır. Lakin onlarıvəziyyətə baxmalıdırlar və əgər həqiqətən də qadın ikinci qadınla yola getməyi bacarmayacaqsa, o zaman kişidən “xula” (qadın tərəfdən istənilən boşanma növü, bu halda qadın mehrdən imtina edir) istəyə bilər. İkinci qadın ilə yola getməyi bacaracaqsa, lakin bu cür etmək onu incidirsə, o zaman qadın səbrli olmalı və Allahın razılığını ummalıdır.

    Sauban (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi:
    “Hansı qadın heç bir səbəb olmadan ərindən boşanmaq istəyərsə cənnətin iyi ona haram olar”. (Əbu Davud və digərləri rəvayət etmişdirlər və Albani (Allah ona rəhmət etsin) hədisi səhih təsnif etmişdir).

    Qadın buna səbir etməklə dözərsə, o zaman Allah təala onun üçün bunu daha da asanlaşdırar və onun köksünü genişləndirər (yəni, ona sülh və sükunət bəxş edər) və ona əvəzində bundan da daha xeyirli şey verər. Həmçinin, əri də ona qarşı yumşaq rəftar etməklə, hər hansı qısqanclığına görə səbir etməklə və onun səhvlərinə göz yummaqla zövcəsinə yardım etməlidir. Tövfiq Allahdandır.



    Muhəmməd Saleh əl-Münəccid

    Yeni fetvalar
  • Şagirdləri vurmağın hökmü haqda  Muhəmməd Saleh əl-Münəccid
  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək  Muhəmməd ibn Salih əl-Üseymin
  • Qorunmaq üçün ayələrin asılmasının hökmü  Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Quranın xətmi münasibəti ilə yığıncaq edilməsi doğrudurmu?  Muhəmməd Saleh əl-Münəccid
  • Analar Gününü qeyd etmək islama ziddir   Muhəmməd ibn Salih əl-Üseymin
  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin   Muhəmməd Saleh əl-Münəccid
  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa   Muhəmməd ibn Salih əl-Üseymin
  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək   Muhəmməd ibn Salih əl-Üseymin
  • Bir ayə və bir hədis
  •   «Biz Peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165)

      Əbu Musa əl Əşari (r.a) Rəsulallah (s.ə.s)-in belə dediyini rəvayət edir: "Müsəlmana söymək fasiqlik və onunla savaşmaq küfürdür" (Buxari, Muslim)

  • Ən çox baxılan fətvalar
  • Şagirdləri vurmağın hökmü haqda (428)

  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək (431)

  • Analar Gününü qeyd etmək islama ziddir (427)

  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi? (429)

  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin (428)

  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi? (431)

  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa (426)

  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək (431)

  • Bidət edənlərə sədəqə vermək olar? (428)

  • Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz? (429)


  • www.DiniFetvalar.com 2008