Zövcəm gözəl deyil!! 
Sual: Bir neçə ildir ki, ailə qurmuşam. İlk iki il ərzində evlilik həyatımdan razı idim və yoldaşımı sevirdim. Lakin bundan sonra hiss etməyə başladım ki, zövcəmi xoşlamıram. Bunun səbəbi onun imanına görə deyil. Çünki o dindar bir qadındır və gözəl əxlaqı var, Allaha həmd olsun. Əksinə bu onun gözəlliyi ilə bağlı bir məsələdir. Çünki o məni zinadan qorumaq və baxışlarımı aşağı salmaq üçün kifayət qədər gözəl deyil. Mən ona qarşı pis davranmaqdan qorxuram. Çünki mən onunla özümü xoşbəxt hiss etmirəm və bəzən heç bir səbəb olmadan ona qarşı qaşqabaqlı oluram. Məsələ ondadır ki, başqa bir qadınla da evlənə bilmirəm, çünki maddi cəhətdən buna gücüm çatmır. Evlənmək üçün borc pul götürmək barədə düşündüm, lakin sonra fikirləşdim ki, borcdan dolayı yoxsul vəziyyətdə yaşayacam. Onu boşamaq və yaxşılıqla onu buraxmaq və onu başqa bir qadın ilə əvəz etmək barədə çox düşünmüşəm. Lakin ondan övladlarım var və o məni çox sevir. Bu barədə çox düşünmüşəm və bu məsələ mənim yuxularımı pozur. Çünki nə edəcəyimi bilmirəm. Allah sizi xeyirlə mükafatlandırsın. Mənə nə nəsihət edisiniz?
Cavab:
Həmd Allaha məxsusdur.
Əziz qardaşım, sizin bizə olan etimadınızı yüksək qiymətləndiririk və Allaha dua edirik ki, bizləri və sizi güclü və sabitqədəm, hidayət etsin. Sualınız ilə bağlı sizə aşağıdakı şərhləri qeyd edirik:
1. Sizin yaşadığınız problem ikinci zövcə ilə həyat qurmaq və yaxud öz həyat yoldaşınızı boşamaq məsələsi deyil. Problem, özünüzün də qeyd etdiyiniz kimi, maddi problemdir. Nə qədər ki, ikinci zövcə ilə həyat qurmaq imkanınız yoxdur, ona görə də Allah təalanın sizi nemətləndirdiyi zövcə ilə dolanmalısınız.
2. Nə zaman gücünüz çatsa və maddi imkanınız olsa, Allaha həmd olsun ki, Uca Allah çoxevliliyə icazə vermişdir...Mənim fikrimcə bu qadın üçün boşanmaqdan daha asandır, xüsusilə də birinci yoldaşınızdan övladlarınız var.
3. Məsələyə başqa yöndən baxmağa çalışın. Yoldaşınızda bir çox müsbət cəhətlər aşkar edə bilərsiniz. Mənə inanın ki, gözəllik hər bir şey demək deyil. Əsas onun sizə qarşı davranması və rəftarıdır... və bir çox məsələlər var ki, sonda görünüşdən daha mühümdür. Çünki vaxt keçdikcə siz onun zahiri görünüşünə öyrəşəcəksiniz və əsas məsələ onun necə davranması olacaqdır...
4. Təsəvvür edin ki, siz gözəl bir qadın tapmısınız və onunla evləndiniz...sonra o sizinlə təkəbbürlü və yaxud kobud şəkildə davranır... və yaxud sizə və ailənizə qarşı pis davranır...bu halda nə edəcəksiniz?
5. Obyektiv olun və özünüzü götürəcəyinizdən çox yükləməyin. Məsələyə müxtəlif aspektlərdən yanaşın. Allah təala buyurur: “...Ola bilsin ki, xoşla-madığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun” (Nisa 4:19) Peyğəmbərin sallallahu aleyhi və səlləm nəsihətini yadınıza salın: “Qadına dörd şeyə görə evlənilir: malı, nəsil-nəcabəti, gözəlliyi və yaxud dini üçün. Sən dini olanını seç ki, əllərin torpağa dəysin (kasıbçılıqdan xilas olasan)”.
Allah yardımçınız olsun, sizi qorusun, xeyir və haqq yolunda addımlamaqda sizləri sabitqədəm etsin.
Əhməd əl-Muqbil
Muhəmməd Saleh əl-Münəccid
|